» » Səudiyyə Ərəbistanı hasilatı azaltmayacaq

Səudiyyə Ərəbistanı hasilatı azaltmayacaq

Səudiyyə Ərəbistanı hasilatı azaltmayacaq

“Bunu unudun”.

Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi neft hasilatının azaldılması imkanını təkzib edib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə RNS yerli KİV-ə istinadən məlumat yayıb. 

“Bunu unudun”, - deyə Əli əl-Nəimi bəyan edib. 

Bu ərəfədə Rusiya və Səudiyyə Ərəbistanının ilkin olaraq neft hasilatının dondurulması barədə razılaşdıqlarına dair məlumat yayılmışdı.  

Səudiyyə Ərəbistanı dondurulma haqqında qərarın İranın mövqeyindən asılı olmayaraq qəbul edəcəyini bəyan edib.

Hasilatın dondurulması haqqında yekun danışıqlar aprelin 17-də Qətərdə baş tutacaq.