» » Qazaxıstan Dünya Bankından kredit gözləyir

Qazaxıstan Dünya Bankından kredit gözləyir

Qazaxıstan Dünya Bankından kredit gözləyir

“Söhbət üç layihədən gedir”.

Dünya Bankı 2016-cı ildə Qazaxıstanda ümumi məbləği 1,3 milyard dollar olan – təhsil, tibbi sığorta və yol inşaatı sahələrinə dair üç yeni layihəni təsdiqləyə bilər. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Kazinform” agentliyi respublikanın iqtisadiyyat naziri Marat Kusainova istinadən məlumat yayıb. 

Kusainovun sözlərinə görə, 1992-ci ildən Dünya Bankı Qazaxıstana 6,8 milyard dollardan artıq sərmayə yatırıb, bu sərmayə infrastrukturun, kiçik və orta biznesin, təhsilin, səhiyyənin və digər sahələrin inkişafına istiqamətlənib. 

Hazırda söhbət üç layihədən, o cümlədən də Qazaxıstanın mərkəzini respublikanın qərb hissəsi ilə birləşdirəcək yolun inşaatından gedir. 

“Bu il ümumi məbləği 1,3 milyard dollardan ibarət olan “Mərkəz-Qərb” dəhlizinin Astana-Beyneu hissəsinin rekonstruksiyası, sosial tibbi sığorta, təhsil sisteminin modernləşdirilməsi kimi daha üç layihənin ratifikasiya edilməsi planlaşdırılır”, - Kusainov bəyan edib.