» » Maduro ABŞ-ı ittiham etdi

Maduro ABŞ-ı ittiham etdi

Maduro ABŞ-ı ittiham etdi

“Bu, Vaşinqtonun bir növ vəsvəsəsidir”.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı OPEK və kartelə daxil olmayan ölkələrə dünya bazarında karbohidrogenlərin “qiymətlərinin sabitləşməsinə nail olmamaları” üçün güclü təzyiq göstərməkdə ittiham edib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə o, Venesuela dövlət televiziyasında həftəlik proqramın efirində bildirib. 

“Bizim dünya neft bazarının sabitləşdirilməsi üçün OPEK və bu təşkilata daxil olmayan ölkələrin ümumi strategiyasının hazırlanması üçün son ildə göstərdiyimiz səylərin boşa çıxmasına görə Vaşinqton tərəfindən göstərilən təzyiqin miqyasını təsəvvür edə bilməzsiniz”, - o qeyd edib.

Venesuela prezidentinin sözlərinə görə, ABŞ dövlətlərin hökumət və rəhbərlərinə “hərbi sıxışdırmaya” bənzəyən təzyiqi göstərir, bu isə “ABŞ-ın maliyyə sistemində də mənfi əksini tapır”.

“Bu Vaşinqtonun Rusiya və OPEK-in boliverçi inqilabına dair vəsvəsəsidir”, - Maduro bildirb. 

Xatırladaq ki, aprelin 17-də Dohada neft istehsalatçısı ölkələrinin görüşü baş tutacaq, görüşdə neftin qiymətinin sabitləşdirilməsinə dair müştərək tədbirlər müzakirə ediləcək.