» » Rusiya Şimali Qafqazda təlimlər keçirir

Rusiya Şimali Qafqazda təlimlər keçirir

Rusiya Şimali Qafqazda təlimlər keçirir

Artilleriyaçılar yeni növ silahla iş bacarıqlarını möhkəmləndiriblər.

Artilleriyaçılar Şimali Qafqazda düşərgə təlimləri keçiriblər, təlimlərdə yeni texnika və silahlar istifadə edilib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə CHD mətbuat xidməti məlumat yayıb. 

Təlimlər Şimali Osetiya, Dağıstan, Çeçenistan və Cənubi Osetiya ərazisində keçirilib.

“Təlimlərin gedişatında “Zoopark-1” radiolokasiya komplekslərin, “2Xrizantema-C” özüyeriyən tank əleyhinə raket komplekslərinə, “Msta-S” müasir özüyeriyən artilleriya qurğularına, “Tornado-Q” moderinizasiya edilmiş yaylım atəş sistemlərinə və “Podnos” minaatanlarına xüsusi diqqət ayrılıb”, - məlumatda deyilir. 

Artilleriyaçılar, atəşin avtomatlaşdırılmış idarə sistemləri ilə təchiz edilmiş yeni növ silahla iş bacarıqlarını möhkəmləndiriblər, eləcə də motoatıcı və tank bölükləri, HƏM və aviasiya bölükləri ilə qarşılıqlı fəaliyyət üzərində işləyiblər.

Təlimlərdə 3,5 mindən çox artilleriyaçı iştirak edib, min ədəd silah və hərbi texnika cəlb edilib.