» » Azərbaycanla sərhəddə dağıdıcı zəlzələ proqnozlaşdırılır

Azərbaycanla sərhəddə dağıdıcı zəlzələ proqnozlaşdırılır

Azərbaycanla sərhəddə dağıdıcı zəlzələ proqnozlaşdırılır

Yerli hakimiyyətin zəif tikililəri gücləndirmək üçün vaxtı var.

Dağıstanda 2106 və ya 2017-ci ildə 6,6 maqnitudalı dağıdıcı zəlzələ proqnozlaşdırılır.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevqeni Roqojin bildirib.

“Şərqi Qafqaz üzrə proqnoz var. Bu Dağıstanın Azərbaycanla sərhəddə olan rayonudur - burada ya bu il, ya da gələn il güclü zəlzələ baş verə bilər. Biz 6-6,5 maqnitudalı zəlzələ proqnozladırırıq, bu təxminən 7-8 bal deməkdir”, - Roqojin deyib.

O, əlavə edib ki, Rusiya FHN-i artıq məlumatlandırılıb, yerli hakimiyyətin isə zəif tikililəri gücləndirmək və zəlzələyə davamlılığı artırmaq üçün vaxtı var.