» » Jirinovski arıqlamaq istəyir

Jirinovski arıqlamaq istəyir

Jirinovski arıqlamaq istəyir

“İndi çəkim 105 kq-dır, amma 90 olmaq lazımdır”.

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski 15 kq arıqlamaq istədiyini etiraf edib, ucarliyiq.biz “Russkaya slujba novostey” radiosuna istinadən bildirib.

“Hər il müayinədən keçirəm. Peterburqa getmişəm, orada tibb mərkəzlərindən birində müayinədən keçmişəm, Moskvada daima yoxlanıram. Mən artıq çəkini atmalıyam: 15 kq. İndi çəkim 105 kq-dır, amma 90 olmaq lazımdır. Çəki artıq olduğundan xolesterin yüksəkdir, turşuluq, mədədə qıcqırmalar olur”, - Liberal Demokrat Partiyasının lideri deyib.

Onun sözlərinə görə, o, işinin çox olduğundan idmana vaxt ayıra bilmir.

Daha öncə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin “Əməyə və müdafiəyə hazıram” normalar kompleksini verə bilmədiyi xəbər verilmişdi.

Qeyd edilir ki, Jirinovskinin yaşı üçün artıq bürünc, gümüş və qızıl nişanlar dərəcəsi mövcud deyil. Onun üçün 2 km məsafəyə 13 dəqiqə ərzində və ya 3 km zaman nəzərə alınmadan qaçmaq, ən azı iki dəfə çəkinmək və əlini ayaq barmaqlarına vuracaq qədər irəli əyilmək mütləqdir.