» » İstanbulda İslam ölkələrinin sammiti başlayıb

İstanbulda İslam ölkələrinin sammiti başlayıb

İstanbulda İslam ölkələrinin sammiti başlayıb

Görüşdə 56 dövlət təmsil edilib.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti başlayıb. 

Ucarliyiq.biz türk KİV-nə istinadən xəbər verir ki, hazırda Türkiyə prezidenti sammit iştirakçılarını qarşılayır. 

Sammitdə 56 ölkə, o cümlədən də 33 ölkə prezident və baş nazirlər səviyyəsində təmsil edilib. 

İƏT 1969-cu ildə sosial, iqtisadi və siyasi sahələrdə islam həmrəyliyinin təmin edilməsi üçün yaradılıb.

İƏT İstanbuldakı Sammiti “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında keçiriləcək.