» » Nalbandyan: Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyillər

Nalbandyan: Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyillər

Nalbandyan: Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyillər

“Ermənistan-Rusiya münasibətləri biznesə dayanmır”.

Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyil, bununla yanaşı hüquq-müqavilə əsasları da mövcuddur. 

Ucarliyiq.biz  xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Edvard Nalbandyan ölkənin İctimai televiziyasına dünən verdiyi müsahibəsində bəyan edib. 

“Cəmiyyətdə silah satışı qızğın müzakirələrin mövzusuna çevrilib. Bunun bir biznes olması fikri də var... Əslində erməni-Rusiya münasibətləri biznesə dayanmır. Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyil, bununla yanaşı, hüquq-müqavilə əsasları da mövcuddur. Bu, o cümlədən Azərbaycan üçün də sirr deyil”, - Nalbandyan bildirib. 

Moskvanın son günlərdə bəyanatlarında Rusiyanı Ermənistan ilə münasibətlərini Azərbaycan ilə münasibətləri ilə eyni tutmasına dair suala cavab verərkən nazir deyib ki, “Rusiya bazası Azərbaycanda yerləşmir, KTMT-nin üzvü Azərbaycan deyil... Rusiyanın müdafiə və hərbi-sənaye sahələrində onlarla sazişi Azərbaycan ilə deyil, Ermənistan ilədir”.

Daha öncə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiyanın həm İrəvana, həm də Bakıya silah sataraq maraqların tarazlığına riayət etdiyini bildirmişdi. Bununla yanaşı o, Rusiyanın bu ölkələrdən birinə silah satmağı dayandırdığı halda, onun yerinin ABŞ-ın və ya digər ölkənin  tutacağını da vurğulamışdı.