» » Müsəlman İsrail polisində yüksək vəzifə tutdu

Müsəlman İsrail polisində yüksək vəzifə tutdu

Müsəlman İsrail polisində yüksək vəzifə tutdu

Onların narazılığını hüquq-mühafizəçiləri də bölüşür.

İsraildə ərəb polisinə ölkənin güc xidmətlərində indiyə qədər müsəlmanların tutduqları vəzifələrdən ən yüksək vəzifə verilib. 

Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, Camal Hakruş israillilər və fələstinlilər arasında davam edən qarşıdurmalar fonunda polis komissarının müavini olub.

O, ərəb rayonlarında Cinayətkarlıq ilə Mübarizə İdarəsinə rəhbərlik edəcək. Bu rayonlarda uzun müddətdir ki, polisə etibar çox aşağı səviyyədədir. 

İsrail əhalisinin beşdə bir hissəsi - ərəblərdir və onlar tez-tez rayonlarının yetərincə qorunmadıqlarından və dövlət xidmətlərinin burada ölkənin digər hissələrindən fərqli olaraq daha pis işləməsindən şikayət edirlər. 

Onların narazılığını hüquq-mühafizəçiləri də bölüşür: “Human Rights Watch” təşkilatı son illərdə ərəb əhalisinin diskriminasiyasına diqqət çəkən bir neçə hesabat dərc edib.