» » Ukraynada yeni Baş nazir seçildi

Ukraynada yeni Baş nazir seçildi

Ukraynada yeni Baş nazir seçildi

Yatsenyuk istefaya göndərilib.

Ukrayna Ali Radası Vladimir Qroysmanı ölkənin Baş naziri vəzifəsinə təyin edib. Müvafiq qərarı 256 deputat dəstəkləyib

ucarliyiq.biz xəbər verir ki, deputatlar həmçinin artıq keçmiş Baş nazir olan Arseni Yatsenyukun istefasını da dəstəkləyiblər.

Bundan əvvəl parlament qarşısında çıxış edən Yatsenyuk deputatlardan istefasını qəbul etmələrini istəmişdi.

“Rəqiblərim və düşmənlərim sağ olsunlar ki, məni güclü etdilər. Biz ölkə və xalq üçün çox şey etdik, amma irəli getmək lazımdır. Mənim istefamı qəbul etmənizi istəyirəm, irəlidə isə bizi böyük işlər gözləyir”, - deyə, o, bildirib.

Bəyanatdan dərhal sonra Yatsenyuk alqışlar və “Əhsən” sədaları altında zalı tərk edib.