» » Rusiya Türkiyəni dost hesab edir

Rusiya Türkiyəni dost hesab edir

Rusiya Türkiyəni dost hesab edir

“Biz sakit, axarda işləyirik”.

Rusiya dünyanın bir çox ölkələri ilə dost münasibətlərdədir.  

Ucarliyiq.biz xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “birbaşa xətt” zamanı bəyan edib. 

“Biz düşmən həlqəsinə düşmə ehtimalını tam istisna edirik. Bizim dünya ölkələrinin əksəriyyəti ilə yaxşı münasibətlərimiz var”, - prezident deyib. 

Putinin sözlərinə görə, Rusiyanın dünya ölkələrinin əksəriyyəti ilə yaxşı münasibətləri mövcuddur. 

“Biz Türkiyəni dost ölkə, türkləri isə dost xalq hesab edirik”, - prezident qeyd edib. 

Putin, bəzi siyasi liderlərlə problemlərin olduğunu qeyd edib. 

“Biz sakit işləyirik. Qeyri-dost münasibətlərinə münasibət bildirmək lazımdır. Yoxsa boynumuza oturarlar. Tarixdə  artıq belə bir şey olub. 

Bunun təkararlanmasına yol vermək olmaz, amma bizim maraqlarımızı nəzrə alaraq, əlbəttə ki, bütün tərəfdaşlarımız, o cümlədən də qonşularımız ilə münasibətləri inkişaf etdirəcəyik”, - Putin vurğulayıb.