» » Nyu-Yorkda qubernatorun köməkçisi öldürüldü

Nyu-Yorkda qubernatorun köməkçisi öldürüldü

Nyu-Yorkda qubernatorun köməkçisi öldürüldü

Hadisə Əmək gününə həsr edilmiş paraddan öncə baş verib.

Nyu-Yorkun Bruklin rayonunda naməlum şəxs Əmək gününə həsr edilmiş paradın iştirakçılarına atəş açıb. Hadisə nəticəsində Nyu-York ştatının qubernatorunun 43 yaşlı köməkçisi Endryu Kuomo başından aldığı yaradan həlak olub. Bir neçə nəfər yaralanıb, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.  

Keçən il yürüşdən öncə analoji hadisə baş vermişdi. O, zaman da kişi atəş açmağa başlamış, bir nəfəri öldürmüş və iki nəfəri yaralamışdı.

ABŞ-da hər il sentyabrın ilk bazar günündə Əmək gününə həsr edilmiş parad keçirilir. Bu yürüşdə bir milyondan çox adam iştirak edir.