» » Qarabağ separatçılarının sponsoru 4 il həbs edildi

Qarabağ separatçılarının sponsoru 4 il həbs edildi

Qarabağ separatçılarının sponsoru 4 il həbs edildi

Cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Moskvanın Zamoskvoretski məhkəməsi sahibkar Levon Ayrapetyanı 700 min dollar məbləğində fırıldaqçılıqda günahkar bilərək cəzasını ümumi rejimli koloniyada çəkmək şərti ilə 4 müddətinə azadlıqdan məhrum edib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“Məhkəmə Ayrapetyanı Rusiyanın CM maddə 159, bənd 4 üzrə günahkar bilərək cəzasını ümumi rejimli koloniyada çəkmək şərti ilə 4 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verdi”, - məhkəmənin qərarı elan edilib. 

İstintaq tərəfindən müəyyən edilib ki, Ayrapetyan vəkil Sergey Antonov ilə birgə sabiq senator İqor İzmestyevin anasını aldadıb. Amma çıxarılan qərara təsir edə bilməyib. 

Xatırladaq ki, “Başneft” işi üzrə həbs edilən sahibkar Levon Ayrapetyan, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisinə yaradılan separatçı Qarabağ rejiminə sponsorluq edən əsas disapor fiqurlarındandır.