» » Aktrisadan haqqında çıxarılan məhkəmə qərarına açıqlama

Aktrisadan haqqında çıxarılan məhkəmə qərarına açıqlama

Aktrisadan haqqında çıxarılan məhkəmə qərarına açıqlama
Aktrisadan haqqında çıxarılan məhkəmə qərarına açıqlama Məhkəmə qərarı ilə narkotik müalicəsi almalı olan aktrisa Berrak Tüzünataç vəkili vasitəsilə məsələ ilə bağlı açıqlama verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, “narkotik maddə istifadə etmək və satın almaq” ittihamı ilə cəzalandırılan aktrisanın həbs olunmasa da, müalicəyə başlaması haqda qərara gəlinib. Bu qərardan sonra Berrakın vəkili belə bir açıqlama ilə çıxış edib:

“İstanbul 64-cü Asliyə Məhkəməsi tərəfindən verilən qərar texniki olaraq etiraza səbəb qərar olmaqla, dəqiq hökm qüvvəsində deyil. Mediada müvəkkilimin evində narkotik maddə tapılması kimi yalan xəbərlər yayılıb. Məhkəmə davam etdiyindən mövzunun bu cür işıqlandırılması düzgün deyil. Məsələyə həssas yanaşmağınızı xahiş edirəm”.