» » Jak Şirakın qızı öldü

Jak Şirakın qızı öldü

Jak Şirakın qızı öldü

Lorans 15 yaşından anoreksiyadan əziyyət çəkirdi.

Fransının sabiq prezidenti Jak Şirakın böyük qızı Lorans 58 yaşında dünyasını dəyişib, Ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Loraans Fransada o qədər də məşhur deyildi. Çoxları hesab edirdi ki, Jak Şirakın yalnız bir qızı var. 

Sabiq prezidentin qızı 15 yaşından anoreksiyadan əziyyət çəkib və bir neçə dəfə intihara cəhd edib.

Qeyd edək ki, Jak Şirak Fransanın 22-ci prezidenti olub - 1995-ci ildən 2007-ci ilə qədər.