» » Rusiya ordusunun komandanı İrəvandadır

Rusiya ordusunun komandanı İrəvandadır

Rusiya ordusunun komandanı İrəvandadır

O, Hərbi Komitənin iclasında iştirak edəcək.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general Valeri Qerasimov KTMT müdafiə nazirləri Şurası yanında Hərbi Komitənin iclasında iştirak etmək üçün İrəvana gəlib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin mətbuat və informasiya xidməti idarəsindən bildiriblər. 

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi KTMT Müdafiə Nazirləri Şurası yanında Hərbi Komitənin iclasında iştirak edəcək. 

İclas 2015-ci ildə təsdiqlənmiş plan üzrə İrəvanda keçiriləcək”, - Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edilir ki, iclasın gedişatında KTMT regionlarında kollektiv təhlükəsizliyə hərbi təhdidə dair məsələlər müzakirə ediləcək.