» » Erməni əsgərlərinə qohumlarına zəng etmək qadağan edildi

Erməni əsgərlərinə qohumlarına zəng etmək qadağan edildi

Erməni əsgərlərinə qohumlarına zəng etmək qadağan edildi

Ölkənin Müdafiə Nazirliyi qərar qəbul edib.

Ermənistan Müdafiə Nazirliyi hərbi qulluçulara qohumları ilə telefon əlaqəsi saxlamağa qadağa qoyub.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Hərbçilərin qohumları ilə ünsiyyətə məhdudiyyət onların təhlükəsizliyindən irəli gələrək tətbiq edilir. Əmin olun ki, ilk imkanda vətən müdafiəçiləri sizinlə əlaqə saxlayacaq”, - Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Xatırladaq ki, keçən gecə qoşunların təmas xəttində iki erməni əsgəri Hamlet Xacoyan və Manvel Qriqoryan öldürülüb.