» » Erməni kiber-fırıldaqçı ABŞ-da məhkəmə qarşısında

Erməni kiber-fırıldaqçı ABŞ-da məhkəmə qarşısında

Erməni kiber-fırıldaqçı ABŞ-da məhkəmə qarşısında

O, bank fırıldaqçılığında ittiham edilir.

Sakramentoda dörd Kaliforniya vətəndaşı: Ruslan Kirilyuk, Miqran Melkonyan, Aleksandr Maslov və Ruslan Axmerov mühakimə edilirlər.

ucarliyiq.biz news.am-a istinadən xəbər verir ki, onlar bank fırıldaqçılığında ittiham edilirlər.

Xəbər verilir ki, kiber-cinayətkarlar 119 000 bank hesabını qarət ediblər, onları irəli sürülən 23 maddə üzrə 20 il həbs cəzası gözləyir.

Federal prokurorluğun press-relizinə müvafiq olaraq, cinayətkarlar dördlüyü American Express müştəriləri olan, heç nədən şübhələnməyən vətəndaşların oğurlanmış şəxsi məlumatı vasitəsilə kredit kartlarından pul çıxarırmışlar. Cinayətkar fəaliyyət nəticəsində 119 hesab soyulub. Qanunsuz əldə edilən məlumat sayəsində American Express müştərilərinin hesablarından kiçik həcmdə pul vəsaitləri çıxarılıb. Saxta ödəmələr formal təşkilatlar tərəfindən aparılıb. 

Cinayətkarlar 2011-ci ilin oktyabr ayından 2014-cü ilin martına qədər fəaliyyət göstəriblər, bu barədə Slavicsac bildirib.

Sakramentodan olan 35 yaşlı Miqran Melkonyan və Los-Ancelesdən olan 41 yaşlı Ruslan Axmerov Cinayət Məcəlləsinin 23 maddəsi üzrə ittiham edilirlər. Maddələr içində ABŞ poçtu və bank sistemi ilə fırıldaqçılıq fəaliyyəti də yer alıb.

Xatırladaq ki, Axmerov keçən ilin dekabrında məhkəmə tərəfindən təqsirli bilinib, indi hökmün oxunmasını gözləyir.    

Bununla bərabər, məhkəmə Los-Ancelesdən 37 yaşlı Ruslan Kirilyuku və Sakramentodan olan 34 yaşlı Aleksandr Maslovu da poçt göndərmələri üzrə 23 oğurluq hadisəsində ittiham edir. Kirilyuka qarşı ən azı bir ciddi cinayət ittihamı irəli sürülür.

Melkonyan aprel ayının ortasından həbsdədir, Maslov isə Sakramento hüquq-mühafizə orqanları tərəfindən sentyabrın 1-də saxlanılıb, sonradan girov ilə buraxılıb. Federal məhkəmə, həmçinin Kirilyukun həbsinə dair order verib.  

Şübhəli bilinənlərin təqsiri sübut edilərsə, onları hər maddə üzrə 20 il həbs cəzası və 250 000 dollar cərimə gözləyir. Bundan başqa, Kirilyuka şəxsi məlumatları oğurladığına görə, iki il də əlavə cəza verə bilərlər.