» » Lukaşenko: İslam dünyası planetdə təhlükəsizliyin dayağı ola bilər

Lukaşenko: İslam dünyası planetdə təhlükəsizliyin dayağı ola bilər

Lukaşenko: İslam dünyası planetdə təhlükəsizliyin dayağı ola bilər

“Müsəlmanlarsız əsl çoxqütblü dünyanın yaradılması mümkün deyil”.

İslam dünyası planetdə sabitliyin və təhlükəsizliyin dayaqlarından biri ola bilər.

Ucarliyiq.biz Belta-ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxış edərkən bildirib. 

“Tamamilə aydındır ki, müsəlmanlarsız cizgilərinin bu gün çox çətinliklə meydana çıxdığı, əsl çoxqütblü dünyanın yaradılması mümkün deyil”, - agentlik Lukaşenkonun sözlərindən sitat gətirir. 

“Digər mühüm geosiyasi oyunçularla yanaşı, İslam dünyası sabitliyin və təhlükəsizliyin dayaqlarından biri, planetdə proqressiv və dayanıqlı inkişafın hərəkətverici qüvvələrindən biri ola bilər”, - Belarus prezidenti bildirib. 

Bununla yanaşı, o, milyarddan çox əhalisi olan 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının böyük potensialını vurğulayıb.

“Onun yolu - müsəlman dünyasında birliyə nail olmaq, daxili fikir ayrılıqlarını aradan qaldırmaqdan keçir”, - Lukaşenko belə hesab edir.