» » Liberman: Qarabağda təxribat ermənistan tərəfdən olub

Liberman: Qarabağda təxribat ermənistan tərəfdən olub

Liberman: Qarabağda təxribat ermənistan tərəfdən olub

“Münqaişə, İlham Əliyev ABŞ-da olarkən yenidən alovlandı”.

“İsrail bizim evimizdir” partiyasının lideri, İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman “NEWSru.co.il” redaksiyasının suallarına cavab verib. 

Ucarliyiq.biz xəbər verir ki, müsahibədə Qarabağ ətrafında bu yaxınlarda erməni-azərbaycan münaqişəsinin gərginləşməsinə də toxunulub. A.Liberman Ermənistanı açıq şəkildə münaqişəni salan adlandırdı.

- Siz bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini doqru hesab etdiyinizi bildirimisiz. Bakıya dəstəyiniz nəyə əsaslanıb?

- Mən bu regionda hadisələrin inkişafını diqqətlə izləyirəm və əminəm ki, bu dəfə təxribat qarşı tərəfdən olub. Münqaişə, İlham Əliyev Obama ilə görüşdə ABŞ-da olarkən yenidən alovlandı. Belə qərarlar dövlət başçısı xaricdə olarkən qəbul edilmir. Bundan başqa Azərbaycanda indi mürəkkəb iqtidsadi vəziyyət ökm sürür. Neftin və qazın qiymətlərinin ucuzlaşması ilə əlaqədar onların valyutası iki dəfə devalvasiyaya uğrayıb. Bu münaqişə üçün onlara ən uyğunsuz vaxtdır. Bundan başqa danışıqlarda Rusiya və ABŞ nümayəndələri də iştirak edib, bakılılar özlərini yetərincə təmkinli və məsuliyyətli aparırdılar. 
 
- Tərəflərdən birini dəstəkləməyiniz İsraildə seçkilrədə sizə səs bahasına başa gələ biləcəyindən çəkinmirsiniz? Rusiya və Ukrayna arasındakı münaqişə zamanı israil siyastçiləri, siz də o cümlədən belə ifadələri işlətməkdən qaçınırdınz. 

- Çünki Rusiya və Ukrayna arasında münaqişədə biz mövqe tuta bilmərik, orada hər şey belə sadə və aydın deyil. Hazırki vəziyyətdə isə hər şey tamamən aydındır – münaqişə yaratmaq üçün azərbaycanın səbəbi yox idi.