» » Erməni hərbçisi əsgər yoldaşlarını güllələdi

Erməni hərbçisi əsgər yoldaşlarını güllələdi

Erməni hərbçisi əsgər yoldaşlarını güllələdi

Fakt üzrə cinayət işi açılıb.

Erməni hərbçisi əsgər yoldaşlarını güllələdiyi üçün həbs olunub. 

Ucarliyiq.biz “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bəyan ediblər. 

Komitənin məlumatına görə, hadisə aprelin 6-da Ermənistanın hərbi hissələrindən birində baş verib.

“2016-cı ilin aprel ayının 6-da N saylı hərbi hissənin artilleriya atəş mövqeyində ölümcül yara almış sıravi Qriqor Avetisyan və Suren Aramyan aşkar edilib”, - bəyanatda deyilir. 

İlkin istintaqın məlumatına görə, müddətli hərbi xidmətdə olan hərbçi ünvanına səslənmiş təhqirlər üçün intiqam məqsədi ilə əvvəlcə Q.Avetisyana, sonra isə S.Aramyana atəş açıb.

Hərbçinin adı açıqlanmır. Fakt üzrə cinayət işi açılıb.