» » In İrin ad gününü uğursuz raket buraxılışı ilə qeyd etdi

In İrin ad gününü uğursuz raket buraxılışı ilə qeyd etdi

In İrin ad gününü uğursuz raket buraxılışı ilə qeyd etdi

Buraxılış təhlükə daşımırdı.

Şimali Koreya aprelin 15-də səhər saatlarında ballistik raketin uğursuz buraxılışını həyata keçirib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Renhap” agentliyi məlumat yayıb. 

Agentlik dəqiqləşdirib ki, bu, məsafəsi 3 min km olan “Musudan” raketi ola bilərdi.

Reuters məlumat yayıb ki, amerikalı strateji komandanlıq Şimali Koreyanın uğursuz raket buraxılışını izləyib. Məlumatda buraxılışın Şimali Amerika ərazisi üçün təhlükə doğurmadığı bildirilib. 

Daha öncə KXDR-ın aprelin 15-də Kim İr Senanın ad günü şərəfinə raket buraxa biləcəyi barədə məlumat yayılmışdı.

Kim İr Sena Şimali Koreya dövlətinin yaradıcısı və 1948-1994-cü ildə (faktiki olaraq 1972-ci ildən dövlət başçısı) rəhbəri olub.

Ölümündən sonra Koreyanın “daimi prezidenti” elan edilib.