» » Kerri Rusiya bombardmançısına atəş açmaq hüququndan danışdı

Kerri Rusiya bombardmançısına atəş açmaq hüququndan danışdı

Kerri Rusiya bombardmançısına atəş açmaq hüququndan danışdı

“Bu, ağılsızlıqdır”.

ABŞ dövlət katibi Con Kerri Rusiyanın “Su-24” təyyarəsinin Baltik dənizində amerikanın hərbi “Donald Kuk” gəmisinin ətrafında uçmasını pisləyib. 

Ucarliyiq.biz bu barədə Reuters-ə istinadən xəbər verir ki, o, bunu silahlı qüvvələrin “təhlükəli və təxribatçı” toqquşması adlandırıb. 

“Biz bu qəbildən olan davranışı pisləyirik. Bu, ağılsızlıqdır. Bu, təxribatyönümlüdür. Bu, təhlükəlidir. Və hərbi əməliyyatların aparılmasına dair qaydalara görə, atəş açmaq da olardı”, - Kerri deyib. 

“İnsanlar anlamalıdırlar ki, bu, ciddi işdir və Birləşmiş Ştatlar açıq dənizdə qorxmağa hazırlaşmırlar”, - o vurğulayıb. 

“Biz ruslarla danışırıq, bunun nə qədər təhlükəli olduğunu göstəririk. Və biz ümid edirik ki, bu, bir daha təkrarlanmayacaq”, - Kerri deyib. 

ABŞ-ın Avropa komandanlığı aprelin 13-də Baltik dənizində aprelin 11 və 12-də baş vermiş hadisə ilə əlaqədar video və fotokadrlar paylaşıb. Amerika tərəfi Rusiya aviasiyasının davranışını “qeyri-peşəkar və təhlükəli” adlandıraraq narahatçılıqlarını ifadə ediblər.