» » Ermənistanda Sarkisyana qarşı mitinqə hazırlaşırlar

Ermənistanda Sarkisyana qarşı mitinqə hazırlaşırlar

Ermənistanda Sarkisyana qarşı mitinqə hazırlaşırlar

Ölkə sakinləri məmurların işindən narazıdırlar.

“Biz ölkəmizin sahibiyik” təşəbbüsü aprelin 22-də Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş hazırlayır. 

Ucarliyiq.biz “Novosti-Armenii”ya istinadən xəbər verir ki, yürüşün tələbi XİN rəhbəri Edvard Nalbandyanın və SQ Baş Qərargahının rəisi Yuri Xaçaturovun işdən çıxarılmasıdır. Onların fəaliyyətsizliyi və vəziyyətə nəzarət etməmələrinin nəticəsi insan tələfatına gətirib çıxarıb. 

Bundan başqa, mitinq iştirakçıları tutduqları siyahıda adı olan erməni oliqarxlarından dövlət büdcəsinə 5 milyon dollar köçürməyi tələb etməyə hazırlaşırlar. 

Onların sırasında prezidentin qardaşı Saşik Sarkisyan, baş nazir Ovik Abramyan və Ermənistanın digər rəhbərlik nümayəndələri yer alır. 

Yığılan məbləğ dövlət büdcəsinə xüsusi hesaba keçirilməli, xərclər isə nəzarət altında aparılmalıdır.