» » Koçaryan incimiş vəziyyəti almamağı təklif edir

Koçaryan incimiş vəziyyəti almamağı təklif edir

Koçaryan incimiş vəziyyəti almamağı təklif edir

“Azərbaycanın məqsədi Ermənistanı siyasi təcrid həddinə çatdırmaqdır”.

Əgər Ermənistanın maraqlarına zidd olan şeylərin hər baş verdiyində, biz incimiş kimi dayansaq, bu yaxşı nəticə verməyəcək.

ucarliyiq.biz erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə aprelin 15-də hökumət iclasından sonra xarici işlər nazirinin müavini Şavarş Koçaryan, Avrasiya İqtisadi İttifaqının üzvü olmayan Azərbaycanın xətrinə dəyməmək üçün Qazaxıstanın təkidi ilə Aİİ-nin İrəvandan Moskvaya köçürülən iclasında Ermənistanın iştirakının doğru olmasına dair suala cavab verərkən bildirib.  

“Əgər belə hallarda biz incimiş kimi dayansaq, hamının düşmən kəsildiyini bəyan etsək, bizim tək, hamının bizə qarşı olduğunu desək, doğru olmaz. Nəzərə almaq lazımdır ki, bütün ölkələr ilk növbədə öz maraqlarını rəhbər tuturlar, amma eyni zamanda biz öz maraqlarımıza xələl gətirilməsinə izn verməməliyik”, - Koçaryan bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycanın məqsədi Ermənistanı siyasi təcrid həddinə çatdırmaqdır.

“Azərbaycan müttəfiqlərimizi bizə qarşı çevirməyə çalışır. Müvafiq olaraq Ermənistan incimiş vəziyyəti almamalıdır, bu isə öz növbəsində, müxtəlif istiqamətlərdə iş nəzərdə tutur”, - Şavarş Koçaryan bildirib.