» » Səkkiz ölkə Belarusa qarşı tətbiq edilən sanksiyaları ləğv edib

Səkkiz ölkə Belarusa qarşı tətbiq edilən sanksiyaları ləğv edib

Səkkiz ölkə Belarusa qarşı tətbiq edilən sanksiyaları ləğv edib

“Aİ bu sadiqliyi alqışlayır”.

Avropa İttifaqına daxil olmayan səkkiz ölkə qurumun ardınca Belarusun 170 məmuru və üç şirkətinə qarşı tətbiq edilən sanksiyaları ləğv edib.

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Mogerinin Brüsseldə bəyanatla çıxış edib. 

“Aİ üzvlüyünə namizəd ölkələr - Makedoniya, Monte-Neqro, Serbiya və Albaniya, potensial namizəd Bosniya və Herseqovina, eləcə də İslandiya, Lixtenşteyn və Norveç Aİ Şurasının qərarına qoşulublar”, - Mogerini bildirib və vurğulayıb ki, “Aİ bunu nəzərə alır və bu sadiqliyi alqışlayır”. 

Xatırladaq ki, Avropa İttifaqı fevralın 25-də Belarusun 170 məmuru və üç şirkətinə qarşı tətbiq edilən sanksiyaları ləğv edib. İttifaq xatırladıb ki, silah embarqosu və iki müxalif siyasətçinin, bir biznesmenin və bir jurnalistin itkin düşməsinə aidiyyəti olan dörd nəfərə qarşı məhdudiyyət tədbirlərinin müddəti 12 ay uzadılıb.