» » Obama cütlüyü gəlirlərini açıqladı

Obama cütlüyü gəlirlərini açıqladı

Obama cütlüyü gəlirlərini açıqladı

Prezidentin illik maaşı 395 min dollar təşkil edir.

ABŞ prezidenti Barak Obamanın 2015-ci ildə gəliri 436 min dollardan bir qədər çox olub. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə dərc edilmiş vergi deklarasiyasına istinadən “Associated Press” məlumat yayıb. 

Bu, onun dövlət başçısı vəzifəsində olduğu müddət ərzində ən aşağı gəliridir. 

Prezidentin məvacibi 395 min dollardan ibarətdir. Bundan başqa, Obama iki kitabına görə 61 min dollar qonorar əldə edib.  

Obama və xanımı Mişel Obama ümumilikdə 81,5 min dollar vergi ödəyiblər. 

Prezident cütlüyü, həmçinin xeyriyyəçiliyə 64 min dollar və ya gəlirlərinin 15 fazini sərf etdiklərini bildiriblər. Bu məbləğ təxminən 30 təşkilata çatıb. 

2014-cü ildə prezident və onun xanımı 477 min 383 dollar qazanıb. 

Amerika qanunlarına görə, prezident öz vergi deklarasiyasını açıqlamağa məcbur deyil, amma ənənəyə görə bunu Ağ evin bütün rəhbərləri, eləcə də prezidentliyə nazmizədlər edir.