» » Putinə qarşı şikayəti qəbul edən hakim işdən çıxdı

Putinə qarşı şikayəti qəbul edən hakim işdən çıxdı

Putinə qarşı şikayəti qəbul edən hakim işdən çıxdı

Məhkəmələr “prezidentin fəaliyyətinə qarışmağa hüququ yoxdur”.

Aprelin əvvəlində Balakov şəhərinin sakininin Rusiya prezidenti Vladimir Putinə qarşı iddiasını qəbul edən Saratov arbitraj məhkəməsinin hakimi Tatyana Leskina istefa verib.  

Ucarliyiq.biz RBC-ya istinadən xəbər verir ki, bu barədə Saratov vilayətinin hakimlər kollegiyasının iclasının yekunlarına dair məlumatda deyilir. 

RBK ilə söhbət zamanı ixtisaslaşmış kollegiyanın nümayəndəsi, söhbətin hakimin öz xahişi ilə istefa verməsindən getdiyini bildirib. Bununla yanaşı, Leskinanın ərizəni nə zaman təqdim etdiyi dəqiqləşdirilməyib. 

Balakovo sakini məhkəməyə “V.V.Putinin xalq düşməni, oliqarx və məmurların dostu kimi, Rusiyanın qarəti və Rusiya xalqının müflisləşməsinə, məmurların, bankirlərin, qarətçi-milyarderlərin zənginləşməsinə görə tutduğu vəzifədən getməsinə dair” iddia bu ilin martın 11-də qəbul edilsə də, arbitraj onu fəaliyyətsiz qoymuşdu. 

Apreldə ərizənin hərəkətinə mane olan şərtlər aradan qaldırıldıqdan sonra Putinə dair iddia baxılmaq üçün qəbul edilib. İlkin iclas Leskinanın rəhbərliyi altında aprelin 28-nə təyin edilmişdi. 

Amma aprelin 7-də arbitraj iddia üzrə icraatı dayandırıb. Məhkəmə Konstitusiyanın 4-cü fəslinə istinad edib, bu fəsilə görə, prezident üstünlük təşkil edən səlahiyyətlərə sahibdir, ona görə də məhkəmələr “prezidentin fəaliyyətinə qarışmağa hüququ yoxdur”.