» » Gürcüstan Müsəlmanları İdarəsi ATV-ni məbəddə çəkilən videoçarxa görə qınadı

Gürcüstan Müsəlmanları İdarəsi ATV-ni məbəddə çəkilən videoçarxa görə qınadı

Gürcüstan Müsəlmanları İdarəsi ATV-ni məbəddə çəkilən videoçarxa görə qınadı

“Bura Tanrıya ibadət məkanıdır”.

Gürcüstan Müsəlmanları İdarəsi Azərbaycanın ATV telekanalını Azərbaycan ərazisində yerləşən Müqəddəs Georgi adına Kurmuxi gürcü məbədində çəkilən videoçarxa görə tənqid edib.

ucarliyiq.biz Novosti-Qruziya-ya istinadən xəbər verir ki, Gürcüstan patriarxiyasının etirazından sonra ATV telekanalı videoçarxın yayımını dayandırıb.

Klipin süjetində naməlum kişi və qadın xəzinəni ələ keçirmək üçün məbədə gəlirlər və iki katolik-rahibin başından dəyənəklə vuraraq onları zərərsizləşdirirlər, sonra isə onların paltarını geyinərək məbədə daxil olurlar. Onlar xəzinəni tapırlar. Qadın xəzinəni götürərək qaçır, kişi isə orda qalaraq digər ruhanilər (katolik rahib geyimində) ilə şərq döyüş üslubundan istifadə edərək mübarizə aparır.

“Gürcüstan Müsəlmanları İdarəsi Azərbaycan Respublikasının Qax rayonunda yerləşən Kurmuxi məbədinin ATV dizayn-qrupu tərəfindən çəkiliş meydanı kimi istifadə etmə faktını pisləyir. İbadətgah – dua edilən, Tanrıya ibadət edilən məkandır, onu başqa məqsədlə istifadə etmək yolverilməzdir”, - bəyanatda deyilir.

Gürcüstan Müsəlmanları İdarəsi müvafiq qurumları baş verənlərə reaksiya verməyə çağırıb.

Bu ərəfədə ATV teleşirkəti məlum videoçarxın çəkilməsində məqsəd kimlərinsə dini hissiyyatına toxunmaq yox, ümumilikdə Azərbaycanın tarixi yerlərini, təbiətini göstərməklə kanalın yeni mövsüm hazırlıqlarını təbliğ edən serial-çarxların hazırlanması olduğunu qeyd etdiyi bəyanat yayıb.