» » Doha görüşü ləngiyir

Doha görüşü ləngiyir

Doha görüşü ləngiyir

Tədbirin proqramına dəyişiklik edilib.

Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin Qətərin paytaxtı Dohada keçiriləcək görüşü ləngiyir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə  iştirakçı ölkələrdən birinin nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, ləngiməyə səbəb tədbirin proqramına edilən dəyişiklik olub.

“Nümayəndə rəhbərləri indi Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin evinə gedəcəklər, sonra isə görüş başlayacaq”, - agentliyin sözçüsü deyib. 

Qeyd edək ki, rəsmi danışıqlar səhər saat 8:45 radələrində başlamalı idi.