» » ABŞ-da 4 yaşlı qız 5 yaşlı qardaşı tərfindən güllələndi

ABŞ-da 4 yaşlı qız 5 yaşlı qardaşı tərfindən güllələndi

ABŞ-da 4 yaşlı qız 5 yaşlı qardaşı tərfindən güllələndi

Silah uşaqların anasının dostuna məxsusdur.

Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərində 4 yaşlı qızı 5 yaşlı doğma qardaşı tapançadan açdığı atəş nəticəsində öldürüb.

ucarliyiq.biz - in Associated Press-ə istinadən xəbərinə görə, yerli polisdən bildiriblər ki, hadisə şəhərin Kensinqston rayonunda yerli vaxtla təxminən 2:30 radələrində baş verib.

Hadisə yerinə gələn həkimlər azyaşlı qızın həyatını xilas edə bilməyiblər.

Polis çavuşu Erik Qripp qeyd edib ki, hüquq-mühafizə orqanları hadisə zamanı evdə böyüklərdən kimin olmasını araşdırır. O, həmçinin əlavə edib ki, tapança uşaqların anasının dostuna məxsusdur.

Silah polis tərəfindən maddi sübut kimi götürülüb, kişi isə axtarışa verilib.