» » Dohada neft hasilatının dondurulması üzrə görüş nəticəsiz başa çatıb

Dohada neft hasilatının dondurulması üzrə görüş nəticəsiz başa çatıb

Dohada neft hasilatının dondurulması üzrə görüş nəticəsiz başa çatıb

Eyni formatda növbəti görüş gözlənilir.

OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin “dondurulması” ilə bağlı razılığa gəlməyiblər.

ucarliyiq.biz - in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, eyni formatda növbəti görüş cari ilin iyununda keçiriləcək.

Fevralın 16-da Dohada Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasında görüş baş tutub. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə “dondurulması» ilə bağlı təklif irəli sürüb və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.