» » Polisi öz toyu günü işdən çıxardılar

Polisi öz toyu günü işdən çıxardılar

Polisi öz toyu günü işdən çıxardılar

O, yol hərəkət qaydalarını pozub.

Qazaxıstanın Jezkazqan şəhərində yol-patrul polisini yol hərəkəti qaydalarını pozduğuna görə, öz toyu günü işdən azad ediblər, ucarliyiq.biz “İnterfaks”a istinadən xəbər verir.

“Daxili İşlər Nazirliyi İdarəsinin rəhbərinin əmri ilə xidməti intizamı kobud şəkildə pozduğu üçün “Hüquq-mühafizə xidmətinə dair” qanunun 80-ci maddəsinə əsasən yol-patrul polisi daxili işlər orqanlarından azad edilib”.

Qeyd edildiyi kimi, yol hərəkəti qaydalarını polisin öz nişanlısı ilə getdiyi toy karvanının üç sürücüsü pozub.

Sürücülər sürəti artırıb maşınların arası ilə şütüyərək, avtomobillərə mane olublar. Dəfələrlə qəza təhlükəsi yaratdıqları üçün yol-patrul xidməti toy karvanını saxlayıb. Şəhər idarəsinin rəhbərliyi toyun idarə işçisinə aid olduğunu bildikdə polisi xidməti intizamı pozduğu üçün işdən azad ediblər.

Polis məhkəməyə əmrin ləğv edilməsi və vəzifəsinin bərpa edilməsi üçün müraciət edib.

“Məhkəmənin qərarı ilə işdən azad edilməyə dair əmr qanuni elan edilib. Məhkəmə hesab edir ki, polis toy karvanının sürücüsünə xəbərdarlıq etməli, qayda pozuntusunun qarşısını almalı idi”,- məhkəmənin dəftərxanasında bildiriblər.