» » Gürcüstanda uran satmaq istəyən 3 erməni tutulub

Gürcüstanda uran satmaq istəyən 3 erməni tutulub

Gürcüstanda uran satmaq istəyən 3 erməni tutulub

“Müsadirə edilən maddə insan sağlamlığı və həyatı üçün təhlükəlidir”.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları nüvə materialının qanunsuz satışı ilə məşğul olmağa cəhd göstərən üç Gürcüstan və üç Ermənistan vətəndaşını saxlayıb.

Ucarliyiq.biz “Qruisya Online” istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əhəmiyyətli işlər üzrə müstəntiqi Savle Motiaşvili brifinqdə bildirib. 

DTX-nın məlumatına görə, saxlanılan şəxslər radioaktiv maddəni 200 milyon dollara satmağa cəhd edərkən tutulublar.

“Onlar cinayət törətmək faktı üzrə saxlanılıblar. Saxlanılanlardan birinin evindən zavodda hazılanmış və içərisində uran (U238) olan konteyner aşkar edilərək götürülüb. Radioloji ekspertiza müayinəsi nəticəsində bu maddənin insan sağlamlığına təhlükəli olduğu müəyyənləşib”, - Motiaşvili bəyan edib.