» » Azərbaycanla sərhəddə antiterror əməliyyat rejimi elan edildi

Azərbaycanla sərhəddə antiterror əməliyyat rejimi elan edildi

Azərbaycanla sərhəddə antiterror əməliyyat rejimi elan edildi

Terrorçular axtarılır.

Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd rayonunda antiterror əməliyyat rejimi elan edilib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Dağıstan Respublikası üzrə Operativ Qərargahın nümayəndəsi məlumat verib.
 
Onun sözlərinə görə, hazırda Məhərrəmkənd rayonunda silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: 

“Antiterror əməliyyatı rejimi gizli fəaliyyət göstərən quldur dəstələri üzvlərinin axtarışı ilə əlaqədar tətbiq edilib”.