» » Köçəryanın evinə qumbara atan şəxs tutuldu

Köçəryanın evinə qumbara atan şəxs tutuldu

Köçəryanın evinə qumbara atan şəxs tutuldu

O, öz günahını etiraf edib.

Ermənistan Milli təhlükəsizlik xidmətinin əməkdaşlarının polislə birgə keçirdiyi əməliyyat nəticəsində ölkənin sabiq prezidenti Robert Köçəryanın evinə qumbara atan 32 yaşlı Ovanes Muradyan saxlanılıb.

Ucarliyiq.biz İnterfax-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan bildirib.

Onun sözlərinə görə, 1984-cü il təvəllüdlü kişi öz mənzilində tutulub.

Həbs edilən şəxs günahını etiraf edib. Hazırda istintaq tədbirləri davam etdirilir.