» » Rusiyada helikopter qəzaya uğrayıb, ölən var

Rusiyada helikopter qəzaya uğrayıb, ölən var

Rusiyada helikopter qəzaya uğrayıb, ölən var

Helikopter ilə radioəlaqə kəsilib.

Rusiya Federasiyasının Yamalo-Nenesk muxtar vilayətində qəzaya uğramış “Robinson” helikopterinin göyərtəsində olan üç nəfər həyatını itirib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-nin dairə üzrə idarəsinin mətbuat xidməti məlumat verib.

Xilasedicilərin məlumatına görə, bazar ertsəi üç helikopter Komi Respublikasından Belıy adasına uçuş həyata keçiriblər.

Adaya uçuş zamanı hava pisləşib, iki helikopter ehtiyat aerodromuna yollanıb, biri isə ətrafı nəzərdən keçirməyə yollanıb.

Bir müddət sonra helikopter ilə radioəlaqə kəsilib, daha sonra helikopterin qəza mayakı işə düşüb.