» » Ağ Ev: “Əl-Qaidə” Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə yaradılıb

Ağ Ev: “Əl-Qaidə” Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə yaradılıb

Ağ Ev: “Əl-Qaidə” Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə yaradılıb

Bir sıra zəngin insanlar ekstremist qruplaşmalara birbaşa ianələr ediblər.

“Əl-Qaidə” terror təşkilatı Səudiyyə Ərəbistanı və bu ölkənin hökumət üzvlərinin maliyyə dəstəyi ilə yaradılıb.

Ucarliyiq.biz RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin birinci müavini Ben Rods bəyan edib.

“Səudiyyə Ərəbistanı “Əl-Qaidə”yə dəstək siyasəti aparmayıb, lakin bir sıra zəngin insanlar ekstremist qruplaşmalara birbaşa ianələr ediblər”, - Rods bu sözləri Barak Obamanın sabiq müşavirlərindən biri Devid Akselrodun apardığı verilişdə deyib. 

“Əl-Qaidənin” bir layihə kimi ilkin mərhələsinə maliyyə dəstəyi Səudiyyə Ərəbistanından gəlib”, - deyə Rods əlavə edib. 

Onun sözlərinə görə, terrorçulara maliyyə dəstəyi göstərənlər arasında Səudiyyə hökumətinin məmurları və onların ailə üzvləri də olub.

“Bu pulların dövlət aparatından hansı istiqamətə yönəldiyi illər ərzində diqqətdən yayınıb”, -  Rods bəyan edib. 

Rods bu bəyanatı ABŞ prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına səfərinə bir gün qalmış səsləndirib.