» » Mühacirlər kütləvi şəkildə xristianlığı qəbul edirlər

Mühacirlər kütləvi şəkildə xristianlığı qəbul edirlər

Mühacirlər kütləvi şəkildə xristianlığı qəbul edirlər

Onlar sığınacağa ümid edirlər.

Müsəlman mühacirlər Almaniyada xristianlığı qəbul edərək, qaçqın statusu almağa ümid edirlər, ucarliyiq.biz “İnterfaks”a istinadən xəbər verir.

Yeni yerdə öz həyatlarını qurmağın bu üsulunu əsasən İran və Əfqanıstandan olan yüzlərlə müsəlman seçib. Onlar Berlində Svyataya Troitsa kilsəsində xristianlığı qəbul ediblər, Britaniyanın The Daily Mail qəzeti yazır.

Onların bəziləri adlarını demirlər, vətəndə qohumlarının və yaxınlarının təqib ediləcəyindən qorxurlar. Onların vətənində xristianlar sıxışdırılır, islamdan imtina etmək isə sərt cəzalanır.

Yalnız ötən istirahət günlərində Almaniyaya 20 min qaçqın gəlib. İlin sonuna qədər ölkəyə gələn mühacirlərin sayı 800 min nəfərə çata bilər.

Nəşr qeyd edir ki, Almaniya Federativ Respublikasında 4 milyon müsəlman yaşayır.