» » Ermənistanda yoxsulluğun səviyyəsi 76%-i keçdi

Ermənistanda yoxsulluğun səviyyəsi 76%-i keçdi

Ermənistanda yoxsulluğun səviyyəsi 76%-i keçdi

Əhali gün ərzində 5 dollardan az pul xərcləyir.

Ermənistanda əhalinin 76%-i bir gündə 5 dollardan az pul xərcləyir. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Dünya Bankının aprelin 8-də dərc edilmiş hesabatında bildirilib.

Ermənistanın “168 jam” qəzetinin yazdığına görə, “Dünya Bankında gündə 5 dollardan az pul xərcləyən insanlar yoxsul hesab edilirlər. Qəzetdə qeyd olunur ki, Dünya Bankı yoxsulluq meyarını iki göstərici ilə müəyyənləşdirir: Birincisi, günə 2,5 dollar, ikincisi, günə 5 dollar xərcləmək.

2,5 dollar göstəricisinə görə, 2014-cü ildə Ermənistanda yoxsulluğun səviyyəsi 26 faiz olub. 5 dollar göstəricisinə görə isə əhalinin 76 faizi yoxsuldur və bu, əhalinin ¾ hissəsini təşkil edir.

Xatırladaq ki, Milli Statistika Xidmətinin məlumatına əsasən, Ermənistanda yoxsulluğun səviyyəsi 2014-cü ilin sonunda ölkə əhalisinin 30 faizini əhatə edib (2013-cü ilin eyni dövrü ilə müqayisədə 2% azalıb). Milli Statistika Xidmətinin metodologiyasına görə, yetkinlik yaşına çatan və gəliri 40264 dramdan aşağı olanlar yoxsul hesab edilir”.