» » İŞİD Avropa kurortlarında terror aktı hazırlayır

İŞİD Avropa kurortlarında terror aktı hazırlayır

İŞİD Avropa kurortlarında terror aktı hazırlayır

“Bu terrorizmin tamamən yeni təzahürü ola bilər”.

“İslam dövləti”nin (İŞİD) terrorçu-kamekadzeləri populyar Avropa kurortlarında terror aktları hazırlayırlar.

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, müvafiq informasiyanı Almaniya kəşfiyyatına İtaliyanın xüsusi xidmətləri təqdim edib.

KİV-in məlumatına görə, Fransa və İspaniyanın (Kosta-del-Sol) cənub çimərlikləri, eləcə də İtaliyanın hər iki sahili təhlükə altındadır. Terrorçular artıq kurortlara qida, içki və suvenir satan qaçqın kimi daxil olacaqlarına dair plan hazırlayıblar.

Hücumlar çox güman ki, odlu silah və partlayıcı qurğulardan istifadə edilərək həyata keçiriləcək.

“Bu terrorizmin tamamən yeni təzahürü ola bilər. Çimərliklər tamamən müdafiə oluna bilməzlər”, - yüksəkvəzifəli məmur bildirib.

Nəşrin məlumatına görə, terror aktlarının icraçıları, özlərini “Boko haram”ın (keçən ilin aprelində Nigeriyanın terror təşkilatı İŞİD-ə qoşularaq adını “İslam dövlətinin Qərbi Afrika əyaləti”nə dəyişib) üzvləri kimi göstərən seneqallılar ola bilər.

Seneqalın Sali şəhərinin polis rəisi Sek Poay bəyan edib ki, hücumlarda indiyə qədər ekstremist təşkilatlara sadiqliyini büruzə verməyən afrikalılar cəlb edilə bilər.

“Bu insanlar tez-tez İtaliyaya və digər ölkələrə səfər edirlər, onların viza və sənədləri var. Onlar qeyri-qanuni səfər etmirlər, onlar işgüzar adamlardır və onların öz biznesləri var. Bu onları daha da təhlükəli edir”, - o bəyan edib.