» » Türkiyə raket atəşinə tutuldu

Türkiyə raket atəşinə tutuldu

Türkiyə raket atəşinə tutuldu

Hədəf Kilis əyalətinin Bilalihabeşi məhləsi olub.

Türkiyənin Kilis əyaləti növbəti dəfə Suriya ərazisindən raket atəşinə tutuldu. 

Atılan raketlərin hədəfi Kilis əyalətinin Bilalihabeşi məhləsi olub. Raket mərmilərindən üçü məhəlləyə düşüb. Atılan rektlərdən 2-si boş sahəyə, biri isə evə düşüb. Nəticədə yanğın meydana çıxıb. Bir anda ölümlə üzbəüz qalan insanlar evdən qaçıblar. Hadisə yerinə təcili yardım maşınları gəlib. 

Ucarliyiq.biz milliyet.com.tr-ə istinadən xəbər verir ki, hadisə zamanı üç nəfər yaralanıb.

Kilis əyalətinin bələdiyyə sədri Hasan Kara hadisə zamanı üç nəfərin yaralandığını bildirib. Həmin şəxslərin yüngül xəsarət aldıqlarını dəqiqləşdirən, bələdiyyə sədri “təssüf ki, terrorun dini, cinsi, irqi olmur, 3 nəfər yüngül xəsarət alıb, şükür ölən yoxdur” deyib.