» » İŞİD yaraqlıları terror aktı törətmək üçün Türkiyəyə keçdilər

İŞİD yaraqlıları terror aktı törətmək üçün Türkiyəyə keçdilər

İŞİD yaraqlıları terror aktı törətmək üçün Türkiyəyə keçdilər

Daha bir “canlı bombanın” Almaniyanı hədəfə alması vurğulanır.

Türkiyə hüquq-mühafizə orqanlarının məlumatına görə, Suriyadan gələn 4 nəfərdən ibarət qrup terror aktı törətmək üçün ölkə ərazisinə keçib.

ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Talib, Furkan, Cümə və Məmiş kod adlı yaraqlıların İŞİD-in tərkibində vuruşduğu bildirilir.

Bundan başqa, Türkiyə kəşfiyyatı Yunus D. adlı şəxsin İŞİD-in maraqlarına uyğun video və foto çəkilişləri apararaq, kəşfiyyat xarakterli fəaliyyət göstərməsini müəyyən edib. Hüquq-mühafizə orqanlarına göndərilən məlumatda vurğulanıb ki, “İŞİD-lə əlbir olan şəxslərin “canlı bomba” rolunu oynamaq niyyətində olmaları barədə kəşfiyyat məlumatları əldə edilmişdir”.

Bundan başqa, Türkiyə Baş Təhlükəsizlik İdarəsi İŞİD-in Paris və Brüsseldən sonra Almaniyada da terror aktı hazırladığını müəyyən edib. Türkiyədə xidmət keçən yapon polisinin vasitəsilə bu barədə məlumat Almaniya xüsusi xidmət orqanlarına ötürülüb. 

Almaniyaya göndərilən məlumatda qeyd olunub ki, İŞİD qruplaşmasının üzvü olan Mahmut Taha Hüseyn Əl-Tai adlı yaraqlıya Türkiyədən keçməklə Almaniyaya getmək tapşırılıb.

“Canlı bomba” olduğu güman edilən İŞİD yaraqlısının gizlənmək məqsədilə futbol azarkeşi forması geyinərək və digər azarkeşlərə qarışaraq diqqət çəkmədən Almaniyaya keçməyə çalışacağı barədə məlumatlar alındı”, - deyə, kəşfiyyat xidmətinin məlumatında bildirilir.