» » 4 “Emmy” mükafatlı aktrisa vəfat etdi – FOTO + VİDEO

4 “Emmy” mükafatlı aktrisa vəfat etdi – FOTO + VİDEO

4 “Emmy” mükafatlı aktrisa vəfat etdi – FOTO + VİDEO

Aktrisalıq karyerasına 1950-ci illərdə başlamışdı.

Dünyada izlənilmə rekordları qıran “Everbody Loves Raymond” adlı serialda rol alan aktrisa Doris Roberts həyatını itirib.

ucarliyiq.biz xəbər verir ki, adıçəkilən serialdakı Marie Barone obrazına görə “Emmy” mükafatı qazanan Roberts 90 yaşında idi. Robertsin oğlu Michael Cannata anasının Los-Ancelesdəki evində yuxuda ikən öldüyünü deyib.

Roberts 11 dəfə “Emmy” mükafatına namizəd göstərilmiş və 4 dəfə bu mükafata layiq görülmüşdü.

4 “Emmy” mükafatlı aktrisa vəfat etdi – FOTO + VİDEO

ABŞ-ın St. Louis şəhərində 1925-ci ildə dünyaya gələn Roberts aktrisalıq karyerasına 1950-ci illərdə Brodway-də başlayıb. Çox sayda televiziya serialı və filmdə iştirak edən Roberts, ilk “Emmy” mükafatını 1983-cü ildə “St. Elsewhere” serialındakı roluna görə qazanıb.