» » Obama ABŞ-ı dünya jandarmı elan etdi

Obama ABŞ-ı dünya jandarmı elan etdi

Obama ABŞ-ı dünya jandarmı elan etdi

Amerika müsbət qüvvə kimi fəaliyyət göstərməlidir.

ABŞ dünyanın narahatçılıq, müharibə və münaqişə yaranan bütün regionlarında vəziyyətlərə cavabdehdir. 

Ucarliyiq.biz “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə amerikalı prezident Barak Obama bildirib.  

“Düşünürəm ki, ABŞ dünyada yeganə fövqəl dövlət kimi dünyanın narahatçılıq, müharibə və münaqişə yaranan bütün regionlarında vəziyyətlərə cavabdehdir və müsbət qüvvə kimi fəaliyyət göstərməlidir”, - o deyib. 

Bununla yanaşı, prezident vurğulayıb ki, bu böhranın baş verdiyi hər yerə qoşun yeritmək lazım olduğunu nəzərdə tutmamalıdır.