» » Ekvadorda zəlzələ qurbanlarının sayı 480 nəfərə çatıb

Ekvadorda zəlzələ qurbanlarının sayı 480 nəfərə çatıb

Ekvadorda zəlzələ qurbanlarının sayı 480 nəfərə çatıb

Yeraltı təkanlar aprelin 16-da qeydə alınıb.

Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 480 nəfərə çatıb, Ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

Bundan əvvəl 413 nəfərin öldüyü bildirilib. 
 
7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb. 

Boliviya, Kolumbiya və Venesuela daxil olmaqla regionun bir neçə ölkəsi Ekvadora xilasedici qüvvələri və humanitar yardım göndəriblər.