» » Lavrov Ermənistanda etiraz aksiyaları ilə qarşılanacaq

Lavrov Ermənistanda etiraz aksiyaları ilə qarşılanacaq

Lavrov Ermənistanda etiraz aksiyaları ilə qarşılanacaq

“Qarabağdan əlini çək”.

Aprelin 21-22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan hakimiyyəti ilə Qarabağda yaranan vəziyyəti müakirə etmək və münaqişənin dinc yolla tənzimlənməsi üçün yollar axtarmaq üçün Yerevana gələcək. 

Ucarliyiq.biz “panarmenian.net.”ə istinadən xəbər verir ki, aprelin 21-də saat 18:30-da Yerevanda “ləyaqət marşı” planlaşdırlıb. Marş Respublika meydanından başlayacaq və Rusiya səfirliyi qarşısında sona çatacaq. Aksiya iştirakçılarının tələbi qısa olaraq formalaşdırılıb:

“Qarabağdan əlini çək”.

“Cəmiyyətdə dinc yolla tənzimlənmə planında, məsələn, Madrid prinsiplərində qeyd edildiyi kimi azad edilmiş müəyyən ərazilərin Azərbaycanın nəzarəti altına veriləcəyinə dair əsaslı qorxular mövcuddur. Son hadisələr isə bunun praktiki olaraq mümkün olmadığını göstərir”, - aksiya təşkilatçılarının məlumatında deyilir.