» » Azərbaycanlı jurnalist Türkiyəyə buraxılmadı

Azərbaycanlı jurnalist Türkiyəyə buraxılmadı

Azərbaycanlı jurnalist Türkiyəyə buraxılmadı

Kərimov Sputnik-Türkiyənin baş redaktorudur.

Türkiyə hakimiyyəti heç bir izahat vermədən Sputnik-Türkiyə informasiya agentliyinin baş redaktoru Tural Kərimovun ölkəyə girişinə icazə verməyib. 

Ucarliyiq.biz xəbər verir ki, jurnalist İstanbul aeroportunun ölkəyə gələn sərnişinlərin yoxlanıldığı məntəqədə deportasiya edilməsini gözləyir.   

Xatırladaq ki, keçən cümə axşamı Türkiyədə Rusiyanın Sputnik agentliyinin saytı blok edilib.  

Müvafiq tələblə Türkiyə hökuməti yanında təhlükəsizlik məsələləri üzrə baş idarə müraciət edib. 

Kərimovun sözlərinə görə, bu gecə Moskvadan İstanbulun Atatürk aeroportuna gəldikdən sonra, o pasport yoxlamasından keçib, amma təhlükəsizlik xidmətinin əməkdaşları onun pasportunu götürərək ölkəyə gələn sərnişinlərin yoxlanıldığı məntəqəyə gətirərək orada onu bir saata yaxın saxlayıblar. 

“Daha sonra mənə Türkiyəyə gəlməsi qadağan edilən sərnişinlərdən olduğum yazılan bir kağız verdilər. Sənəddə heç bir izahat yoxdur. Mənim press-kartım, yaşayış icazəm müsadirə edildi, daha osnra mənə ilk reyslə Rusiyaya qayıtmaq təklif edildi”, - Kərimov deyib. 

Azərbaycanlı jurnalist Türkiyəyə buraxılmadı