» » Gürcüstan ordusunda hərbi xidmət könüllü olacaq

Gürcüstan ordusunda hərbi xidmət könüllü olacaq

Gürcüstan ordusunda hərbi xidmət könüllü olacaq

“Belə sistem NATO-ya üzv bir çox ölkələrdə tətbiq edilir”.

2017-ci ildən Gürcüstanda hərbi xidmətə çağırış mütləq olmayacaq.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli Gürcüstanın “Birinci kanalı”na verdiyi müsahibəsində bildirib. 

Onun sözlərinə görə, gələn il Gürcüstan Müdafiə Nazirliyi ölkənin SQ könüllü çağırış sisteminə keçəcək. O qeyd edib ki, bu sistem NATO-ya üzv bir çox ölkələrdə tətbiq edilir və çox effektivdir. 

“2017-ci ildə bizdə artıq hərbi xidmətə çağırış mütləq olmayacaq. Ən azından müdafiə naziri kimi mənim qərarım belədir. Əgər bu nazirliyə başqa rəhbər gəlsə, əlbəttə ki, o, başqa qərar qəbul edə bilər”, - Xidaşeli deyib.