» » Böyük Britaniyada terror planlaşdıran İŞİD üzvü öldürüldü

Böyük Britaniyada terror planlaşdıran İŞİD üzvü öldürüldü

Böyük Britaniyada terror planlaşdıran İŞİD üzvü öldürüldü

“Bizim onu dayandırmaq üçün başqa çıxış yolumuz yox idi”.

Suriyada, ikisi Böyük Britaniyanın vətəndaşı olmaqla, İŞİD terror qruplaşmasının 3 üzvü pilotsuz aparat vasitəsi ilə öldürülüb.

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib.

“Yaraqlılardan biri bizim küçələrdə terror planlaşdırmışdı. Bizim onu dayandırmaq üçün başqa çıxış yolumuz yox idi”, - baş nazir deyib. 

D.Kemeron həmçinin qeyd edib ki, İŞİD terrorçularının Böyük Britaniyaya silahlı hücum planlaşdırması və hazırlığı barədə sübutlar var.